adalet.az header logo
  • Bakı 12°C
25 Iyun 2020 21:24
13722
SAĞLAMLIQ
A- A+

Azərbaycanda koronavirusa qarşı səhiyyə tədbirləri - VİDEO

Bu gün dünyanın əsas bəlası, eyni zamanda mövzusu olan koronavirus pandemiyası həm də yeni təcrübələr yaradıb.

Belə vəziyyətlərdə ilk şərtlərdən biri təşvişə məğlub olmamaq, bəlanın miqyasını real qiymətləndirmək, çevik idarəetmə ilə operativ və düzgün qərarlar qəbul etməkdir. Koronavirusla mübarizədə bir sıra qabaqcıl ölkələrin xəstəlik qarşısında necə aciz qaldığının şahidi olduq.

Dünyanın yeni bəlası "qapını döyəndə” Azərbaycan rəhbərliyi də məhz belə etdi. Qəbul edilmiş çevik qərarlarla mübarizə tədbirlərinə başlanıldı, xəstəxanalar hazır vəziyyətə gətirildi. Həyata keçirilən tədbirlər sayəsində xəstəxanalarda xəstələri qəbul etmək imkanları xeyli genişləndirildi.

Hazırkı şərtlərdə koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycanı müsbət göstəricilərə malik ölkələr sırasında qeyd etmək olar. Daha yaxşı nəticə üçünsə cəmiyyətin qoyulmuş qaydalara, karantin və xəstəlikdən qorunma təlimatlarına əməl etməsi vacibdir. Çünkipandemiya ölkələrin bu xəstəliyə qarşı effektiv mübarizəsinin həm dövlət qurumlarının, həm də vətəndaşların səfərbərliyindən keçdiyini göstərdi.

Daha ətraflı Baku TV-nin süjetində: