adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
25 Iyun 2020 17:29
12541
GÜNDƏM
A- A+

Koronavirusa qarşı peyvənd nə zaman hazır olacaq? - ÜST AÇIQLADI

Pandemiyanın sürəti getdikcə artır. Avropada vəziyyət yaxşılığa doğru getsə də, qlobal vəziyyət ürəkaçan deyil.

Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, artıq bir peyvənd sınaq mərhələsindədir. 2020-ci ilin sonuna kimi bu peyvəndin əlçatan ola biləcəyi gözlənilir.

H.Harmancı əlavə edib ki, bu yaxınlarda Azərbaycana yeni fərdi qoruyucu vasitələr gətirilib. Bundan sonra ölkəyə daha iki partiya qoruyucu vasitələr gətiriləcək.