FHN ərzaqlıq buğdanın tədarükünü elan etdi
Fövqəladə Hallar Nazilriyi (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün 2020-ci ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli ərzaqlıq buğdanın tədarükünü ELAN edir
FHN-dən Adalet.az-a bildirilib ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün "Səngəçal Taxıl Elevatoru”, "Gəncə Taxıl Elevatoru”, "Abşeron Taxıl” MMC, "Karat-Holdinq” MMC, "Karmen” MMC, "Gəncə-Dəyirman” MMC, "N.Quliyev adına Bakı-Taxıl” ASC, "Muğan” ASC, "Aveta” MMC, "Karat-Holdinq” MMC-nin Şəki bölməsi, "Pak-Nur” MMC, "Xırman” MMC, "Saf Ekspress Aqro” MMC, "Azəri-Arapoğlu” US T.LTD BM, "Sarı Sünbül” firması, "Dəvəçi-Dəyirman” MMC və Ağstafa Aqrar Sənaye Kompleksi müəssisələri vasitəsilə 2020-ci ilin iyun ayının 29-dan sentyabr ayının 1-nə kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin təklifi nəzərə alınmaqla yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 380 AZN olmaqla (taxıl bazarının konyunkturuna müvafiq olaraq qiymət dəyişə bilər), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edəcəkdir:
I. Dənin naturası (bir litrlik purkalarda qramla):
buğda üçün – 750 q/l-dən az olmamaqla
II. Alaq otları (zibil) qarışığı (faizlə)
buğda üçün – 2 faizdən çox olmamaqla
III. Dən qarışığı (faizlə):
buğda üçün – 5 faizdən çox olmamaqla
IV. Nəmlik (faizlə):
bütün bitkilər üçün – 13,0 faizdən çox olmamaqla
V. Yapışqanlıq:
3-cü sinif buğda üçün – 23 faizdən az olmamaqla
yapışqanlığın keyfiyyəti – 2-ci qrupdan aşağı olmamaqla (göstərici: 65-75)
VI. Şüşəvarilik:
3-cü sinif buğda üçün – 40% -dən az olmamaqla
"Səngəçal Taxıl Elevatoru”: Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Salyan şossesinin 51-ci kilometrliyi, tel: 050-496-45-45;
"Gəncə Taxıl Elevatoru”: Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi-20, tel: 050-660-39-03;
"Abşeron Taxıl” MMC: Abşeron rayonu, Xırdalan şəhəri, Samaxı şossesi, tel: 012-342-90-04; 050-585-84-08, 070-585-84-08;
"Karat-Holdinq” MMC: Xirdalan şəhəri, Samaxı şossesi-23, tel: 050-222-38-36;
"Karmen” MMC: Abşeron rayonu, Yeni Samaxı şossesi-23, tel: 050-265-80-75;
"Gəncə-Dəyirman” MMC: Gəncə şəhəri, Kimyaçılar küçəsi-1, tel: 050-320-64-54;
"N.Quliyev adına Bakı-Taxıl” ASC: Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə. tel: 012-566-00-44; 050-214-72-81;
"Muğan” ASC, Bakı şəhəri, Əli bəy Hüseynzadə küç., tel: 012-596-50-74, 012- 497-43-58, 050-322-12-75;
"Aveta” MMC: Kürdəmir şəhəri, Bakı pospekti 6, tel: 050-200-11-87;
"Karat-Holdinq” MMC-nin Şəki bölməsi, tel: 050-613-53-69;
"Pak-Nur” MMC: Xaçmaz şəhəri, İ.Qayıbov küç., tel: 050-220-82-55; 055-220-82-55;
"Xırman” MMC: Biləcəri qəsəbəsi, tel: 077-270-97-20;
"SAF Ekspress Aqro” MMC: Xırdalan şəhəri, tel: 050-630-65-92;
"Azəri-Arapoğlu” US və T.LTD BM, Gəncə şəhəri, tel: 050 222 65 22;
"Sarı Sünbül” firması, Giləzi, tel: 050-212-29-66;
"Dəvəçi-Dəyirman” MMC: Şabran şəhəri, Nizami küçəsi-1, tel: 050-314-39-21;
Ağstafa Aqrar Sənaye Kompleksi, Ağstafa şəhəri S.Vurğun, tel: 050-270-93-03, 050-264-88-38.
Daxili malgöndərənlərdən tədarük edilən taxılın qəbulu üçün tələb edilən sənədlər:
Dənin keyfiyyət göstəricilərinə görə verilmiş uyğunluq sertifikatının surəti. Uyğunluq sertifikatı könüllülük prinsipi əsasında təqdim edilə bilər. 1 iyul 2018-ci il tarixindən buğda məhsulu istehsalçılarının qeydiyyata alınmaları üçün Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmələri tövsiyə edilmişdir;
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş daxili karantin sertifikatı.