adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
25 Iyun 2020 18:10
41897
ŞOU-BİZNES
A- A+

Mənsum İbrahimov: “Yasamaldakı aksiyanın mənimlə əlaqəsi yoxdur”

"Yasamalda vətəndaşlar tərəfindən polislər üçün mahnı ifa edilməsi məsələsinin mənimlə əlaqəsi yoxdur”.

Bu barədəOxu.Az-a açıqlamasında Xalq artisti Mənsum İbrahimov məlumat verib.

O bildirib ki, Yasamalda keçirilən aksiya ilə heç bir əlaqəsi yoxdur:

"Orada polis əməkdaşlarına mahnı oxuyanlar arasında müxtəlif sahənin əməkdaşları ilə yanaşı, tələbələrim də var. Ümumilikdə, polisimizin çəkdiyi zəhməti qiymətləndirməyin tərəfdarıyam. Lakin ötən dəfə bir neçə polis əməkdaşının Yasamalda vətəndaşlara qarşı kobud davranışını da dəstəkləmirəm. Həmin polis əməkdaşlarıöz cəzalarını aldılar.

Amma bu gün polislərimizin xidməti də göz qabağındadır. Bunu danmaq olmaz. Onlar da vətənimizin övladlarıdır. Polislərimizə dəstək üçün keçirilən aksiyalara isə normal baxıram”.

Qeyd edək ki, dünən bir qrup sakin Yasamal rayonunda yaşadıqları ünvanların eyvanlarından "Yaşa, Azərbaycan!” mahnısını ifa edərək, karantin qaydalarına nəzarət edən polis əməkdaşlarına gül atıblar. Bəziləri bu tədbirin Mənsum İbrahimov tərəfindən təşkil olunduğu iddiasını səsləndiriblər.