adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
25 Iyun 2020 16:37
10802
GÜNDƏM
A- A+

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə 1 700-dən çox müraciət daxil olub

2020-ci ildə yanvar ayından iyunun 23-dək Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 1 700-dən çox müraciət daxil olub.

Bu barədə Adalet.az-a Agentlikdən bildiriblər.

Məlumata görə, müraciətlərdən 515-i biznesin inkişafı ilə, 509-u koronavirus pandemiyası, o cümlədən sahibkarların bununla bağlı qarşılaşdığı çətinliklər və dövlətin maliyyə-iqtisadi dəstək tədbirləri ilə, 361-i biznesin fəaliyyəti ilə bağlı problemlərlə, 285-i maliyyə resurslarına çıxış imkanları, daxili bazarda tədqiqatlar, sərgilərdə iştirak, Agentliyin sahibkarlara təqdim etdiyi xidmətlər və dəstək, tədris və digər məsələlərlə bağlı olub.

Agentlik müraciətlərə qanunvericiliyə uyğun cavab verib.