RAMİN BAYRAMLI ALLAHIN BAYISSI OĞLU DEYİL
Mətbuatı izləyirəm, görürəm ki, hamı düşüb TƏBİB-in direktorumu, yoxsa sədrimi Ramin Bayramlının üstünə. Onun Operativ Qərargahdakı çıxışlarını mən də bəyənmirəm. Amma mətbuatda gedən yazıları oxuyanda adama elə gəlir ki, ölkədəki koronanın at oynatmasında üzəngini Ramin Bayramlı tutub.
Və bu adama çox güclü hücumlar olur. Əslində bu hücumlar hiss edirsən ki, kimlərsə tərəfindən təşkil edilir.
Ramin Bayramlının rəhbərlik etdiyi TƏBİB-in səhvləri çoxdu. Ən əsası hələ də ölkədə sığorta sistemini təşkil edə bilməyib. Həm obyektiv, həm də subyektiv səbəblərdən.
Amma bütün günahları TƏBİB-in üstünə yıxmaq bu xəstəliklə mübarizə aparacaq digər təşkilatları sığortalamaq məqsədi güddüyünü bilmək üçün alim olmaq lazım deyil.