adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
25 Iyun 2020 15:00
54078
DÜNYA
A- A+

Suriyada türk lirəsidən istifadə etməyə başlayıblar

Xaosun və şiddətin 9 ildən çoxdur hökmranlıq etdiyi Suriyada gündəm türk lirəsidir. Xüsusilə İdlib başda olmaqla, ölkənin bir çox şimal bölgələrində Suriya poundundan daha çox türk lirəsindən istifadə olunur. Türkiyə Mərkəzi Bankı və İqtisadiyyat Nazirliyi türk lirəsinin həmin ərazilərə necə gedib çatdığı haqqında məlumatlarının olmadığını deyir.

ABŞ-ın öndə gedən qəzetlərindən "Wall Street” jurnalı Suriyanın şimalında insanların çörək alarkən, benzin doldurarkən vı digər başqa gündəlik xərclərini türk lirəsi ilə etdiyini yazdı.

İdlibdə yaşayan proqram mühəndisi Malek Tarbouş qəzetə "yemək yediyim restoranda ödəniş edərkən türk lirəsini qəbul etdiklərini görüb şok oldum” deyə bildirib. Tarbouş onu da əlavə edib ki, türk lirəsinin qalıcı olaraq dəyişdirildiyini görürəm. Suriya poundu artıq əvvəlki kimi geri qayıda bilməz.

Ankara rəsmilərinin Suriyada nəzarətdə olan bölgələrdə türk lirasını bazara irəli verilməsinin Suriyadakı iqtisadi böhrandan yararlanmaq üçün etdiyinə diqqət çəkən "Wall Street” qəzeti hökümətə yaxın olan düşüncə quruluşu SİTA –nın (SETA) səlahiyyətli şəxsləri ilə də danışdı.

Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SİTA) səlahiyyətlisi Ömər Özqızılcıq "Ankra türk lirələrini İdlibə Suriyanın şimal bölgələrinə keçən ay göndərdi. Türk lirəsi valyuta məntəqələrinə və poçtlara göndərildi. Suriyalılar Suriya poundu və bəzən də ABŞ dollarını türk lirəsinə dəyişməyə başladılar” deyə açıqlama verib.

Ömər Özqızılcıqın bu açıqlamasına rəğmən Türkiyə İqtisadiyyat Nazirliyi Ankaranın türk lirəsini necə göndərdiyinə aid məlumatlarının olmadığı deyir.

Bundan əvvəlki illərdə təşkil olunan əməliyyatlarla Suriyanın təminən 5 faizini nəzarətə götürən Türkiyənin suriyalı müxaliflərə və bürokratlara lirə ilə ödəmələr etdiyi də deyilir.

Qeyd edək ki, Suriya poundu bu ilin əvvəlindən 70 faiz dəyər itirdi. Türk lirəsi isə bu ilin əvvəlindən 16 faiz dəyər itirib.