adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
25 Iyun 2020 13:18
47378
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: ÇƏKİR

Əlim əldən, gözüm gözdən
Odum oddan, közüm közdən...
Dilim dildən, sözüm sözdən -
Xiffət çəkir...

Gecəm ulduz...
gündüzüm gün
Ulduz saydım,gün düzdüm, gün!..
İçdiyim ah, süzdüyüm ün -
Xiffət çəkir...

Ruhum körpü, cismim ələk
Fikrim naxış, yuxum bələk...
Özüm kölgə, ürək - mələk -
Xiffət çəkir...

Sünbül sünbül dəni dənə
Böldün, bir-bir - təni tənə!
Mənli günlər, məni sənə -
Ülfət çəkir!..