adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 Iyun 2020 13:13
81311
ƏDƏBİYYAT
A- A+

Şair Aydın Arslanın “Tərcümeyi- əhvalım” adlı yeni şeirlər kitabı çapdan çıxdı

Yazarbaycan.az saytının təsisçisi , istedadlı şair Aydın Arslanın "Tərcümeyi- əhvalım” adlı yeni şeirlər kitabı çapdan çıxıb.

Bu barədə Aydın Arslan özü facebook səhifəsində məlumat verib.

Kitab "Mücrü” nəşriyyatında işıq üzü görüb.

Kitaba şairin son illərdə yazdığı şeirlər daxil edilmişdir.

Aydın Arslan həmçinin "Bəxtsiz gəlin"(2001) və "Vəfasızlar oxumasın"(2005) adlı şeirlər kitablarının da müəllifidir.”Tərcümeyi-əhvalım” adlı şeirlər kitabı müəllifin on beş illik fasilədən sonra oxucularla üçüncü görüşüdür.

Kitabın redaktoru tanınmış şair Ayaz Arabaçıdır.

Aydın Arslan həm də tanınmış ifaçılar tərəfindən oxunan, sevilən yüzdən çox mahnıların söz və musiqisinin müəllifidir.

Şairə yaradıcılıq uğurları arzulayırıq!