General: İran və Azərbaycan sərhədləri sülh və dostluq sərhədləridir
İran və Azərbaycan sərhədləri sülh və dostluq sərhədləridir.
Trend-in məlumatına görə, bunu İranın Sərhəd Qoşunlarının komandiri general Əhməd Əli Qudərzi Nəmin şəhəridə İran-Azərbaycan sərhəd-buraxılış məntəqələrinə baxış zamanı bildirib.
General deyib ki, İran və Azərbaycan sərhədləri sülh və dostluq sərhədləridir və iki qonşu ölkənin müştərək sərhədində heç bir problem yoxdur:
"Uzun illər ərzində iki ölkə arasında sərhədlə bağlı hər hansı bir xüsusi məsələ yaranmayıb və hər iki tərəf bağlanmış müqavilələrə riayət edib. Ərdəbil əyalətində də sərhədlə bağlı problem yoxdur. Ərdəbil regionu təhlükəsiz regiondur. Ölkənin hər yerində sərhədçilərin sayıqlığı və səyləri nəticəsində İranın sərhədləri tam təhlükəsiz vəziyyətdədir".
Digər Xəbərlər
23 Aprel 2024 20:33
Bakı və İrəvan vasitəçi olmadan danışırlar - Şarp
23 Aprel 2024 19:46Regiondakı hazırkı vəziyyəti çox müsbət qiymətləndirirəm - Metyu Brayza
23 Aprel 2024 19:29"Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar" - Prezident
23 Aprel 2024 18:43İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı
23 Aprel 2024 18:23