adalet.az header logo
  • Bakı 17°C
25 Iyun 2020 10:47
38369
ŞOU-BİZNES
A- A+

Hülya Avşar məhkəməyə verildi: Sentyabrda...

Ötən il Türkiyəli tanınmış aktrisa Hülya Avşar özəl olaraq onun üçün dizayn edilmiş avtomobili ilə yadda qaldı. Avtomobilin dəyərinin 700 min türk lirəsi (205.310 AZN) olduğu öyrənilmişdi

Bu il isə aparıcı Hülya Avşar sürücüsü Nevzat Demirkırana heç bir təzminat ödəmədən işdən qovduğu bəlli olub.

Adalet.az-xəbər verir ki, sənətçiyə 20 ildir xidmət edən Demirkıran "Arxamdan xəncər vurdular. Məhkəmədə görüşərik" deyərək hədə-qorxu gəlib.


Ötən il işdən qovulan sürücü məhkəməyə müraciət edib. Demirkıran "Bu günə qədər heç kimin malına əl uzatmadım. Haqqımı halal etmirəm. Avşarın 6-7 ildir işi yoxdur. Qızı Zəhra sürücülük vəsiqəsi alandan sonra mənə ehtiyacı qalmadı. sentyabrda məhkəmənin ilk iclası olacaq" sözlərini deyib.

Əntiqə Rəşid