adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
24 Iyun 2020 23:11
17671
SİYASƏT
A- A+

Azərbaycanla Qazaxıstan arasında uçuşlar avqustun 1-dən sonra başlaya bilər

Qazaxıstan və Azərbaycan arasında uçuşlar avqustun 1-dən sonra yenidən başlaya bilər.

Trend-in məlumatına görə, bu barədə Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişaf Nazirliyi məlumat yayıb.

Bildirilir ki, nazir Beybut Atamkulov ilə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə arasında baş tutan telefon danışığı zamanı Tərəflər avqustun 1-dən sonra iki ölkə (Qazaxıstan və Azərbaycan) arasında hava nəqliyyatının bərpa edilməsini nəzərdən keçirmək qərarına gəliblər.

Qeyd edilib ki, 2019-cu ildə Qazaxıstan və Azərbaycan arasında yük daşımalarının həcmi təqribən 22 min ton, Qazaxıstan dəmir yolu ilə tranzit - 38.66 min ton, artım 32%, konteyner daşımalarının həcmi isə 14.7 min iyirmi futdan artıq olub.

Nazirliyin proqnozlarına görə, 2020-ci ilin altı ayında yük daşınması 2019-cu ilin eyni dövrü ilə müqayisədə 17% artaraq 1 milyon tona çatacaq.