adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Iyun 2020 20:37
36709
ŞOU-BİZNES
A- A+

Cennifer Lopez çimərlik obrazında bərq vurdu - FOTO

Şöhrəti ilə bütün dünyaya səs salan 50 yaşlı müğənni və aktrisa Cennifer Lopez sosial media paylaşımları ilə gündəmə gəlib.

Oxu.Azxəbər verir ki, cazibədarlığı ilə göz qamaşdıran sənətçi "Guess” markasına məxsus ağ çimərlik geyimində fotolarını yayıb.

Görünüşünə diqqətlə yanaşan Lopez çimərlik tərzini böyük ölçülü halqavari sırğaları, gözünə taxdığı eynək və barmağındakı -sevgilisi iş adamı Aleks Rodrigesin hədiyyə etdiyi brilliant qaşlı üzüklə tamamlayıb.

Ulduzun"Yay əhval-ruhiyyəsi” başlığı altında paylaşdığı, biri-birindən füsunkar şəkilləri izləyicilər tərəfindən maraq və sevgi ilə qarşılanıb.