adalet.az header logo
  • Bakı 17°C
24 Iyun 2020 20:19
17427
SİYASƏT
A- A+

Türkiyədən Liviya mesajı: Əllərindən bir-bir aldıq...

Türkiyə Liviyada tarix yazır.

Axar.azxəbər verir ki, bunu Türkiyə Prezidentinin müavini Fuad Oqtay deyib.

O bildirib ki, Liviya Milli Razılıq Hökumətinə qarşı aparılan oyunlar Türkiyə tərəfindən məhv edilib:

"Bu günə kimi ortaya hər hansı bir həll variantını qoymayanlar Liviya hökuməti tərəfindən şəhərlərin bir-bir geri alınmasından sonra hərəkətə keçdilər. Hamı bunu bilməlidir: Liviyada sülhün gələcəyi beynəlxalq hüquqa uyğun təyin ediləcək. Burada sülh və sabitlik təmin olunana qədər Liviya xalqının yanında olacağıq”.

Qeyd edək ki, Liviya hökumətinin Haftara qarşı uğur əldə etməsində Türkiyə PUA-larının rolu böyükdür.