adalet.az header logo
  • Bakı 12°C
24 Iyun 2020 19:29
57369
KRİMİNAL
A- A+

Rusiyada azərbaycanlı tələbəni vəhşicəsinə qətlə yetirən şəxs istintaqa ifadə verdi - VİDEO

Rusiyanın Volqoqrad şəhərində 17 yaşlı azərbaycanlı tələbəni qətlə yetirən şəxs saxlanılıb.

Volgasib.ru xəbər verir ki, cinayət işiilə əlaqədar tutulan22 yaşlı Volqoqrad şəhər sakini Vitali Vasilyev həmyerlimizi "irqi düşmənçiliyə görə” bıçaqladığını etiraf edib.

Qeyd edək ki, iyunun 13-də Volqoqrad şəhərinin Voroşilovrayonunda Azərbaycan vətəndaşı Timur Qavrilovun cəsədi tapılıb. Tələbə yataqxanasının yanında xüsusi amansızlıqla qətlə yetirilən Azərbaycan vətəndaşının 17 yaşı olub. O, VolqoradTibbi Universitetinin I kursunda təhsil alırmış.

Məlum olub ki, dostlarıgildən gələn Timur naməlum şəxs tərəfindən 20 bıçaq zərbəsi ilə qətlə yetirilib. Cinayəti törədən şəxs hadisə yerindən qaçıb.