Elmar Məmmədyarovun iraqlı həmkarı ilə telefon danışığı olub
Bu ilin 24 iyun tarixində Xarici İşlər naziri Elmar Məmmədyarovun İraq Respublikasının Xarici İşlər naziri Fuad Huseyn ilə telefon danışığı olub.
Xarici İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, nazirlər iki ölkə arasındakı əlaqələrin müxtəlif aspektləri üzrə fikir mübadiləsi aparıb, habelə münasibətlərin inkişafı perspektivlərini müzakirə ediblər.
Tərəflər, habelə ümumdünya sağlamlıq böhranı ilə bağlı mövcud vəziyyət və hər iki ölkə tərəfindən bu xüsusda görülən tədbirlər barədə fikirlərini bölüşərək, qlobal pandemiya şəraitində qarşılıqlı yardımın və əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
Nazirlər, habelə çoxtərəfli platformalarda mövcud əməkdaşlığın bundan sonra da davam etdirilməsinə razılaşıblar.
Digər Xəbərlər
23 Aprel 2024 20:33
Bakı və İrəvan vasitəçi olmadan danışırlar - Şarp
23 Aprel 2024 19:46Regiondakı hazırkı vəziyyəti çox müsbət qiymətləndirirəm - Metyu Brayza
23 Aprel 2024 19:29"Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar" - Prezident
23 Aprel 2024 18:43İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı
23 Aprel 2024 18:23