adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
24 Iyun 2020 16:08
9347
GÜNDƏM
A- A+

Həkim: Bəhram Bağırzadənin səhhətində stabilləşmə olsa da, ümumi vəziyyəti kritik ağır olaraq qalır

Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev Bəhram Bağırzadənin səhhəti ilə bağlı açıqlama verib.

Adalet.az-ın məlumatına görə, o bildirib ki, son iki gündə Bəhram Bağırzadənin vəziyyətində stabilləşmə müşahidə olunsa da, ümumi vəziyyəti kritik ağır olaraq qalır:

"B.Bağırzadə koronavirus infeksiyasına bağlı olan kəskin ağciyər çatışmazlığı ilə hospitalın reanimasiya şöbəsinə qəbul edildi və bizim reanimatoloqlar tərəfindən ağciyərləri süni ventilyasiya cihazına qoşulub. Görülən tədbirlər nəticəsində əfsuslar olsun ki, qanın oksigenlə zənginləşməsini qənaətbəxş səviyyəyə qaldırmaq mümkün olmadı və o ECMO aparatına qoşuldu. Artıq hər iki aparata qoşulu qaldığı üçün onun səhhətində stabilləşmə olub, son 2 gündə isə cüzi yaxşılaşma var".

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb.