adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
24 Iyun 2020 16:01
39035
ŞOU-BİZNES
A- A+

Tacir Şahmalıoğlu: “Şou-biznesdə gərək kişi olmayasan” - VİDEO

ARB TV-nin "Show News” verilişinin növbəti müsahibi müğənni Tacir Şahmalıoğlu olub.

Müğənni ilk olaraq Qorxmaz Əlilinin ünvanına sərt ifadələr səsləndirib:

"Qorxmaz Əlili var idi. İndi bilmirəm yaşayır, ya yox. Mənə dedi ki, mənə sizin kimi profisional oxuyan lazım deyil, primitiv oxuyan lazımdır ki, pul qazanım. İnsanın düşüncəsi nə qədər dayazdır! Bu adam pul qazanmağa görə, bu boyda sənəti yox etmək istəyir”.

Daha sonra Tacir Şahmalıoğlu şou-biznes nümayəndələrinə isyan edib:

"Musiqini şou-biznesə çeviriblər. Musiqi bazarda alver vəziyyətinə gəlib çıxıb.Şou-biznesdə gərək kişi olmayasan. Gedib dodağımı silikon etməliyəm ki, yolum açılsın. Kişi kimi səhnəyə çıxa bilmərəm? Sevənlərim deyir ki, sənin oxumağın bir qırağa, kişiliyinə pərəstiş edirik”.