adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

AQİL ABBAS: O PARADDA ÖNDƏ GETMƏK BİZİM HAQQIMIZ İDİ!

AQİL ABBAS
72925 | 2020-06-26 09:16

Moskvada faşizm üzərində qələbənin 75 illiyi ilə əlaqədar keçirilən möhtəşəm paradda bizim Milli Ordumuzun gözoxşayankeçidi bizim haqqımız idi.

Faşizm üzərindəki qələbədə Azərbaycan Respublikasının və Azərbaycan xalqının əvəzsiz xidmətləriolub – həm arxa cəbhədə, həm də ön cəbhədə.Özü də təkcə neftlə yox. Həm də ordununərzaq təminatı ilə bağlı. Millət özü ac qalıb, amma ordusunu ac qoymayıb.

Kəndimizdə bütün kişilərorduya getdiyi üçün kadrçatışmazlığından 8-ci sinifdə oxuyanatamı kolxoza hesabdar təyinediblərmiş.

Atam deyirdi ki, anbarın önündəaçıq havada təpə vururduq. Axşamlar işdənqayıdanda bir-iki ovuc götürübciblərimə töksəm ailəmizin çörək problemihəll olunardı.

Lakin atam deyirdi:

- Əgər o buğdadan bir ovucgötürsən əllərini kəsərəm, oəsgərindi.

Atamın bir qardaşı da müharibədə zabit kimi vuruşurdu və sonra daitkin düşdü.


Və atam onu da deyirdi ki, heç kəs o buğdaya əl uzatmazdı. Qorxduqlarına görə yox, əsgərləriac qoymamaq üçün.

Gör nə zamanlar varmış, nə kişilərvarmış... Bu xoş gündə başqa şeyyazmaq istəmirəm.

Müharibə başlayanda Azərbaycanın əhalisi 2 milyon 300 min olub. Onun da 600minə yaxını müharibəyə gedib. Müxtəlif rəqəmlərvar. Rəqəmlərdən biri faşizmlə döyüşdə 400 min şəhid verdiyimizi, başqa birində isə 340-360min arasında şəhid verdiyimizigöstərir.

Deməli, Azərbaycan əhalisinin25 faizi müharibəyə gedib, təxminən 20faizi də həlak olub.

Bəli, Berlinə o bayrağı sancmaquğrunda 400 minə yaxın həmvətənimizcanından keçib.

Və o 400 min şəhidin ruhu xətrinə9 May Qələbə bayramı elə Azərbaycan xalqınınbayramıdı. Sinəmizə döyməyə də haqqımız var, Moskvadakı paradda öndə getməyə də.

Allah əsgərlərimizi qorusun!Bayramımız mübarək!

26 iyun Milli Ordunun yaranışıgünüdü. Bu münasibətlə də MilliOrdumuzun bütün əsgər, zabitvə general heyətini ürəkdən təbrikedir və bir gün Şanlı Bayrağımızı Şuşada dalğalandıracaqlarına da Tanrıyainandığım qədər inanıram.

Allah Azərbaycanımızı qorusun!


TƏQVİM / ARXİV