adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 Iyun 2020 14:45
14364
GÜNDƏM
A- A+

ABŞERON RAYONUNDA NƏLƏR BAŞ VERİR?

Neçə gündü mətbuatda müxtəlif xəbərlər dolaşır. Gah yazırlar ki, DTX Adşeron Rayon İcra Hakimiyyətinə girdi, tutulanlar var. Sonra yazdılar ki, DTX yox, Respublika Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi İcra Hakimiyyətində əməliyyat keçirdib, həbs olunanlar var. Daha sonra yazdılar, yox, Prokurorluq yox, DTX əməliyyat keçirib. Respublika Prokurorluğu da bu yazılanların bir hissəsini təkzib edir.

Daha sonra isə Abşeron RİH bütün yazılanları qətiyyətlə təkzib edir.

Təkzibin səhərisi günü isə Respublika Prokurorluğu rayonda həqiqətən əməliyyat tədbirləri keçirildiyini açıqlayır və rayonun baş memarı Akif Əliyevin və bir mənzil istismar sahəsinin rəisinin həbs olunduğunu bildirir.

Gecə pis yatanın qarmaqarışıq yuxusuna bənzəyir. Maşallah, yuxu yozanlar da çox.