adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
06 Iyul 2021 09:21
113352
MARAQLI
A- A+

 Dünyanın “cəhənnəm” vadiləri - 58 dərəcə isti...

İyun ayının əvvəlində Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) açıqladığı hesabata görə, yaxın 5 ildə rekord isti ​​gözlənilir. Təşkilatın proqnozuna əsasən, 2021-2025-ci illər arasında azı bir ilin "ən isti" olmaq ehtimalı 90 faizdir.

Üstəlik, bu aralığın hər ilində quru səthindəki orta temperatur sənayeləşmədən əvvəlki dövr göstəricilərini ən azı 1°C, illərin birində isə 40% ehtimalla 1,5°C üstələyəcək.

Hətta  dünən Yeni Zelandiyada hava proqnozlarının verilməyə başlandığı 1909-cu ildən bu günə qədər ən isti iyun ayı yaşanıb. Bu barədə Avstraliyanın Milli Su və Atmosfer Araşdırmaları İnstitutunun əməkdaşı Qreqor Makara məlumat verib. Makara iyun ayında ortalama istiliyin 10,6 santiqrada bərabər olduğunu bildirib. Alim qeyd edib ki, bu, 112 ilin ən isti iyun ayı göstəricisi olmaqla yanaşı, həm də son 30 ilin ortalama istisindən 2 dərəcə yüksəkdir.

Adalet.az xəbər verir k, dünya alimləri  və meteroloqları bu il böyük  ehtimalla tarixin ən isti ili olacağını proqnozlaşdırırlar.

 

İldən ilə istiləşən dünyanın isti bucaqlar 

 

Dünya soyuqluğu mənfi 60 dərəcəyə çatan yerlərlə yanaşı, istiliyi 50 dərəcədən çox olan yerlər də var. Afrikanın səhra coğrafiyasında üstünlük təşkil edən və dünyanın ən isti bölgələri olan bu yerlərə bir daha nəzər salaq.

 

Liviyanın Əl-Əziziyə şəhəri 90 il boyunca dünyanın ən isti bölgəsi sayılıb. 1922-ci il sentyabrın 13-də bu şəhərdə qeydə alınan 57,8° dərəcə isti rekord göstərici hesab olunub. Lakin 2012-ci ildə həmin göstərici Dünya Meteorologiya Təşkilatı tərəfindən ləğv edilib. Buna səbəb ondan da yüksək hərarətin müşahidə olunduğu bölgələrin mövcudluğudur.

 

Amma dünyanın ən isti bölgəsi İran yaylasındakı Lut səhrası hesab olunur. Ön Asiyanın ən böyük və ən geniş yaylasında yerləşən həmin duzlu səhraya "boşluq çölü” də deyilir. 2004-2007-ci və 2009-cu illərdə Yer kürəsində ən isti temperatur burada qeydə alınıb. 2005-ci ildə müşahidə olunan 70,7° C temperatur isə yeni rekordu müəyyənləşdirib və planetin ən isti bölgəsi kimi təsdiq edilib. Canlıların yaşamadığı səhrada havanın orta illik temperatur göstəricisi 49,6° C, yay fəslində isə 58,3° C-yə bərabərdir.

 

Bundan əlavə, Tailandın paytaxtı Banqkok da dünyanın ən isti bölgələri sırasındadır. Havanın orta illik temperaturunun 27,7° C olduğu həmin şəhərdə yüksək hərarət dekabrın sonu, hətta yanvarın əvvəllərinə qədər davam edir. Banqkok Dünya Meteorologiya Təşkilatı tərəfindən planetin ən isti şəhəri seçilib. Buna səbəb isə isti havanın uzun müddət davam etməsi və hətta gecələr belə temperaturun çətinliklə aşağı düşməsidir.

 

Ölüm vadisi – ABŞ-ın Kaliforniya ştatındakı "Ölüm vadisi"ndə havanın orta istiliyi 47 dərəcədir.

 

Dallol ( Efiopiya)- Hidrotermal bir ərazi olan Dallolda ölçülən orta havanın temperaturu heç vaxt 40 dərəcədən aşağı düşmür.

 

 

Halfa vadisi – Sudanın Halfa vadisi dünyanın ən isti yerlərindən biridir. Halfa vadisində havanın istiliyi 53 dərəcədir.

 

Ölü dəniz - İsrailin ən turistik marşrutlarından biri olan Ölü dənizdəki havanın temperaturu 54 dərəcədir.

 

Timbuktu – Mali-Afrikanın ən vacib qədim yaşayış məskənlərindən biri olan Timbuktuda ölçülən orta temperatur 50 dərəcədir.

 

Kebili - Tunisdəki Kebili dünyanın ən isti yerlərindən biridir. Bölgədə ölçülən temperatur 55 dərəcədir.

 

 

Ghadames – Liviya -YUNESKO-nun Dünya İrsi Siyahısında olan Ghadamesdə havanın temperaturu 55 dərəcədir.

 

Bəndər Şəhr - İranın Bandar şəhərində ən yüksək temperatur 74 dərəcə ölçülüb. Bu rekorddur.

 

Qeyd edək ki, temperatur xüsusilə Avropada aktiv yüksəlir – burada orta temperatur XIX əsrdə ümumi dünyadakı ilə müqayisədə (1,1 dərəcə) 2 dərəcə yüksəlib.

 

Britaniyanın iqlim araşdırmaları üzrə Milli mərkəzinin direktoru Rouen Sattonun sözlərinə görə, bu iki əsas amillə bağlıdır: birincisi, torpaq, ümumiyyətlə, okeandan daha sürətlə qızır, ikincisi, daha aktiv istiləşməyə Avropada hava çirkliliyinin azalması töhfə verir, bunun sayəsində yerin səthi də daha sürətlə qızdırılır.

 

Əntiqə Rəşid