adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
24 Iyun 2020 10:25
7792
SAĞLAMLIQ
A- A+

Həkim Bəhram Bağırzadənin vəziyyətindən danışdı

"Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı proqnoz vermək çox çətindir”.

BunuOxu.Az-a açıqlamasında COVID-19-a yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov deyib.

O bildirib ki, son bir neçə gündür Əməkdar artistin vəziyyətində heç bir ciddi dəyişiklik müşahidə edilmir:

"Səhər saatlarına olan məlumata görə, Bəhram Bağırzadənin vəziyyəti hələ də ağırdır. Bir neçə gündür ağır-stabil olaraq qalır. Hər hansı istiqamətdə proqnoz verməyimiz üçün çox tezdir”.

Xatırladaq ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. Vəziyyətinin kəskin pisləşməsi səbəbindən iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Ağciyər toxumasının 90 faizindən çoxunun zədələnməsi səbəbindənhəkimlər onun ECMO cihazına qoşulmasına qərar verib. Əməkdar artist B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.