adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
23 Iyun 2020 22:00
43250
ŞOU-BİZNES
A- A+

Rusiyada yaşayan azərbaycanlı bloqer həbs edilə bilər

Rusiyada yaşayan azərbaycanlı bloqer Hüseyn Həsənovaödəmədiyi cərimələrə görə 13 protokol tərtib olunub.

Bu barədə "Mash” "Telegram” kanalı xəbər yayıb.

Xatırladaq ki, bloqer iyunun 19-da "Rolls Royse Cullinan” markalı avtomobilindəsaxlanılıb. Həmin maşının axtarışda olduğu deyilir. Bloqer maşına "Lamborghini” markalı digər avtomobilinin nömrə nişanını vurubmuş.

Bloqer, həmçinin, bu ayın 9-da avtomobilinin dövlət nömrə nişanını gizlətdiyinə görə üç aylıq sürücülük hüququndanməhrum edilib.

Sadalanan hallarla bağlı tərtib olunmuş protokollar məhkəməyə göndəriləcək. Bundan sonra cərimələrin iki mislinə vurulması, yoxsa həbs olunması barədə qərar veriləcək.