adalet.az header logo
  • Bakı 16°C
23 Iyun 2020 21:13
11449
HADİSƏ
A- A+

Çexiyada daşqın səkkiz can aldı

Son günlər Çexiyada baş verən daşqınlar nəticəsində ən azı səkkiznəfər həyatını itirib.

Bu barədə TASS yerli radionun məlumatına istinadla xəbər yayıb.

Uzun müddət davam edən yağışlar nəticəsində yaranan sel respublikanın şərq bölgəsində yerləşən Moraviyada əsl fəlakətə çevrilib. Əvvəllər fəlakətin ilk qurbanları Petroviçe kəndinin iki sakini olub. Oderin sol qolu olan Osobloq çayı daşıb. İyunun 21-də səkkiz yaşlı məktəbli qız Fridek-Mistek şəhəri yaxınlığında boğularaq ölüb.

Bu gün isə iki həvəskar idmançı Çexiya xəstəxanalarında həyatını itirib. Daşqının ölkənin şərq rayonlarına on milyonlarla avroya qədər maddi ziyan vurduğu bildirilir.