adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
23 Iyun 2020 19:14
19418
SİYASƏT
A- A+

Peskov: “Kreml Boltonun kitabının məzmununu öyrənir”

"Kreml Ağ Evin keçmiş milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun kitabının məzmununu tədricən öyrənir”.

Gazeta.ru-nun məlumatına görə, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Sakit tərzdə oxuyuruq. Ancaq bu, Boltonun versiyasıdır. Belə deyək ki, bunlar bu cür yüksək vəzifəli məmurların səmimiyyəti üçün o qədər də xarakterik deyil”, - deyə, D.Peskov bildirib.

Onun sözlərinə görə, kitabdakı məlumatlar "başqalarına ötürülməsi nəzərdə tutulmayan” olduğu üçün diqqətlə yoxlanılmalıdır.

Xatırladaq ki, 2019-cu ildə C.Boltonun milli təhlükəsizlik müşaviri vəzifəsindəfəaliyyəti barədə kitab yazacağı bəlli olub. Məhkəmə prezident administrasiyasının bütün cəhdlərinə baxmayaraq, kitabın nəşr edilməsinə icazə verib.