adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
23 Iyun 2020 18:36
12747
MƏMLƏKƏT
A- A+

“Vosmoy bazarı”nda növbəti karantin reydi keçirildi - VİDEO

Bugün Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 8-ci kilometr qəsəbəsində yerləşən və "Vosmoy bazarı” kimi tanınan ticarət mərkəzində reyd keçirilib.

Baku.TV xəbər verir ki, reyd zamanı satıcı və sahibkarların işləmək üçün arayışının olub-olmamasıyoxlanılıb.

Həmçinin, karantin rejiminə uyğun olaraq, qaydalara əməl olunması və tibbi maskalardan istifadə tövsiyə olunub.

Reyd zamanı bazara gələn müştərilərin müvafiq icazələrinin olub-olmaması da yoxlanılıb.

Bu cür yoxlamalarpaytaxtın bütün ərazilərində - insanların sıx olduğu yerlərdə mütəmadi olaraq davam etdiriləcək.

Ətraflı videosüjeti təqdim edirik: