adalet.az header logo
  • Bakı 19°C
24 Iyun 2020 09:56
22565
DÜNYA
A- A+

QORBAÇOV SSRİ-ni NECƏ DAĞITDI

İnsanlar memuarları nə üçün yazırlar? Kimlərsə bekarçılıqdan, digərləri gələcək nəslin hörmətini qazanmaq xəyalları ilə, üçüncülər sensasiya yaratmaq xatirinə pul qazanmaq ümidləri ilə. Biriləri məsələyə aydınlıq gətirmək üçün, biriləri isə əksinə, həqiqətin üstünə kölgə salmaq üçün.

SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçovda memuarlar quraşdırır. Baxmayaraq ki, o vaxtlarla bağlı çox danışılıb, az-cox hər şey hamı üçün aydındı, düşünürsən ki, o, günahların etiraf edəcək və o günahlarının bağışlanılması üçün monastıra gedəcək. Yox, Mixail Sergeyeviç memuarlarında nəinki öz səhvlərini, günahlarını etiraf edir, əksinə, məsələn "Optimist olaraq qalıram" ( Ostayus optimistom) quramasında böyük derjavanın keçmiş rəhbərinin "ədəbi yaradıcılığına" marağı artırır.


Ümumdövlət miqyasında faciə ilə nəticələnən yenidənqurmanın əsas təşəbüskarı- Mixail Qorbaçov optimizmlə doludu. Qarşıya qoyulan məqsədlərin heç biri yerinə yetirilmədi, başçılıq etdiyi dövlət dağıldı, açıq aydın iflasa uğrayan siyasətinin acılarını hələ də çəkməkdəyik. Paradoks. Mixail Serqeyeviçin çox sevdiyi fikrlərin prülarizmi: bir tərəfdən iflas, digər tərəfdən qələbə- "Mən məsuliyyəti üzərimdən atmıram. Amma mənim vicdanım təmizdi". Demək belə də ola bilərmiş. Qeqelin dialektidə belə düşüncələrin uçuşunda, "bu məntiqin" yanında solğun görünür.

Bu yazıçı-memuaristin yazdığı cilidlərlə "əsərləri" mənasız, boş sözlərdən başqa bir şey deyil. Əsəri oxuduqca yaranan təbii sualların heç birinə demək olar ki, cavab verilmir. Ən yaxşı halda sadəcə bu hadisələr ötəri xatırlanır. Adətən monoloqu sevən Mixail Setqeyeviçlə müzakirə aparmaq istərdim. Mənim fikirimcə tarixi həqiqəti ortaya çıxarmaq üçün, keçmiş yoldaş, hazırki cənab Qorbaçova tarixi baş-ayaq salmağa cəhd etdiyi üçün cavab vermək lazımdı.

" Mixail Serqeyeviç, təbii ki, nənim sözlərim sizin diqqətinizi çəkməyəcək. Başa düşüləndi, bu boyda memuarlar yazmaq çox zaman alır. Birdə ki, siz artıq öz siyasi missiyanızı dəyərli sayırsınız, kimlərinsə tənqidi fikirləri nəyinizə lazımdı. Ona görədə mənim bu müraciətim sizə deyil, o vaxt baş verənlərlə maraqlananlara ünvanlanıb".

Ədəbi yaradıcılığa dövlətə rəhbər olduğunuz vaxtlarda " Yenidənqurma və yeni düşüncə ölkəmiz və bütün dünya üçün" kitabı ilə başlamısınız. Kapitan göyərtəsinə çıxan kimi SSRİ xalqlarını, üstəlik də bütün bəşəriyyəti "yeni düşüncələrinizlə" xoşbəxt etməyə qərar verdiniz.Açıq, aydın düşüncələrinizlə məhşur multfilmin qəhrəmanı Leapold pişiyin "işləmək gözəldi" deyimi ilə necə mehriban yamağı öyrətmək istədiniz. Amma həyat düşündüyünüz kimi multfilmlərdən və banal şüarlardan daha mürəkkəbdi. Hələ sosializmin yaşadığı vaxtlarda bəzi ictimai yerlərdə "Xadimələrin əməyinə hörmət edin" şüarları asdırmışdınız. Lakin anlamırdınız ki, donuz kimi eşələnməyə öyrənmiş bəzi insanları sizin mənasız şüarlarınız heç maraqlandırmırda. Elə bilirdiniz ki, söylədoyiniz hər söz böyük əhəmiyyət kəsb edir. Yanılırsınız. Məhz sizin özündənrazı təbiətiniz insanlara çoxsaylı bədbəxlik gətirdi və siyasətiniz fiaskoya uğradı. Çətin məsələlərə başdangetdi yanaşmalarınız, baş verəcək hadisələrin perspektivini düşünməməyiniz tarixdən hələdə nəticə çıxarmadığınıza dəlalət edir.
Qorxaqlığınızın, ikiüzlülüyünüzün isə şahidləri yaxınlığınızdakılar idi.

Təbii ki, liderliyə başlayanda nəinki xalq, heç tərcübəli siyasətçilərdə sizin haqqınızda geniş məlumata malik deyildi. Hamı düşünürdü ki, cavandı, kağızsız danışır, xoşlarına gəlmişdiniz. Saldıkov-Şedrinin "Bir şəhərin tarixi"indəki kimi, axmaqlar şəhərinin " sakinləri alqışlayırdılar. Hələ üzünü görmədikləri hakimi "qəşəng", "ağıllı" adlandırırdılar". Heç kim bilmirdi ki, böyük bir dövləri idarə etmək, onu arxanızca aparmaq üçün hansı həyat yolunu keçmisiniz. Həyatınıza nəzər saldıqda anlamaq olmur ki, hansı siyasi xətti dəstəkliyirsiniz? Əgər Marks-Engels-Lenin-Trodskinin baxışlarını seçirdinizsə, deməli dünya inqilabına köklənmişdiniz. Lakin qətiyyətsizliyiniz, öz imicinizə görə mövqelərinizdən çəkilməyiniz kommunizm ideologiyasına uyğun gəlmirdi. (Lenin heç vaxt bunu sizə bağışlamazdı).


Bolşeviklərin dünya inqilabı şüarları " biz bütün burjuyları dünya alovlarına bürüyəcəyik" idi. Lenin başqa variantlar seçmirdi. Stalin SSRİ-nin nüfuzunun başqa ölkələrə doğru genişləndirilməsi məsələsinə daha ayıq başla baxırdı. Başqa ölkələrin proletarlarl öz zəncirlərini hələ qırmaq istəmədiyi üçün onlarla birgə əməkdaşlığa üstünlük verirdi. Xruşşovda sosoializm və kapitalizmin birgə yaşamalı olduğunun vacibliyini anlayırdı. Brejnev dünya inqilabı barədə heç düşünmürdü, o, beynəlxalq gərginliyin aradan qaldırılması siyasəti aparırdı. Siz neylədiniz? Bütün dünyanı gəzərək , əlinizi açıb hamıya dostluq təklif edirdiniz? Onu sizdən əvvəl, sizsiz də düşünmüşdülər.

Beynəlxalq arenada iri addımlarla irəliləyinizi böyük xidmətiniz kimi qiymətləndirirsiniz. Bizləri "ulduz müharibələri" ilə hədələyən, "şər imperiyası" adlandıran, Əfqanıstanda əsgərlərimizi qıran mücahidləri Ağ Evdə qəbul edən ABŞ prezidenti Ronald Reyqanla ilk görüşünüzünüzdən sonra, ona rəğbət bəsləməyiniz, gəncliyin ilk sevgisi ovqatına bənzəyir. " Biz bir-birimizə baxdıq, hiss etdim ki, hər şeyi qaydasına salacağıq. İntusiya". Sonra nə oldu? Qaydasına sala bildi izmi? Məlum oldu ki, İntuisiyanız çox zəif imiş. Sülməramlığınızla, "demokratik" Qərbin "sevimlisinə" çevrilməyiniz, qeyri-şərtsiz bütün mövqeləri satmağınızla nəticələndi. Siz adi həqiqətləri belə anlamadınız. Anlamadınız ki, beynəlxalq münasibətlərdə yalnız dövlət maraqları əsas götürülməlidi. Bəli, anlamadınız ki, beynəlxal münasibətlərin qurulması məhz dövlət maraqlarına münasibətdə həmişə uğurlu alınmayada bilər, müqavilələr isə qarşı tərəflərə sərf etdiyi müddətdə qüvvədə olur.

Gücünü itirən, zəif başçısı olan dövlətdən mərkəzdənqaçmalar təbi haldı. Heç bir çağrışlar, şüarlar onun qarşısını ala bilməz. Sosializm cəbhəsində nüfuzunuzu itirdiniz, heç bir şərt olmadan qoşunları Avropa ölkələrindən çıxarmaqla Varşava Müqaviləsini dəfn etdiniz. Gözləyirdiniz ki, "boşaltdığınız" ölkələr bizə qarşı ən azından neytral mövqedə qalacaqlar. Amma olmadı. Sosializm kəndirindən azad olan ölkələr tezliklə bizimlə dostluqdan imtina etdilər, Qərbə üz tutdular. Nəticədə sovet ordusun yerini NATO-nun ordusu tutdu və indi onlar xorla antirusiya mövqeyi tuturlar.

Bir vaxtlar Avropanı "ümumi evə" çevirmək cəhdləriniz, nəticədə davajar qonşuların yaşadığı, daima etrazlar, bizə qarşı iddialar səsləndirən komunal evlərə döndü. Biz Avropa paytaxtlarının alman faşizmindən təmizlənməsini atəşfəşanlıqla qeyd edirik, onlar isə o şəhərləri azad edən ordunun əsgərlərinə ucaldılan abidələri dağıdır.

"Biz heç vaxt amerikan əsgərlərinin sərhədlərimiz yaxınlığına yerləşməsinə yol verməyəcəyik" deməyiniz hara, Əfqanıstandan sovet hərbi birləşmələrini çıxarmaqla ABŞ ordusunun o vaxtki sərhədlərimiz ətrafına yerləşməsinə imkan yaratmağınız hara? Pribaltika tespublikaları çoxdan bizə qarşı simpatiyalarını itiriblər. Gürcüstanda həmçinin. Qardaş Ukraynada keçmiş SS-çilərə abidələr ucaldılır.
Təbii ki, özünü Leninin və sosializmin sadiq davamçısı adlandırıb, eyni zamanda quruluşu dəyişmək cəhdləri o qədərdə asan deyildi. Əslində bu absurd bir ideya idi. Köhnəni söküb yerində yenisini qurmaq acınacaqlı vəzoyyətə gətirib çıxara bilərdi . Ölkə inkişaf tempini itirirdi, artıq kənd təssərrüfatı axsamağa başlamışdı, iqtisadiyyatda yaranan problemlərin həlli mümkünsüz görünütdü. Nəticdə sosial-iqtisadi inkişaf mexanizmində tormozlamalar baş verirdi. Sizsə, "bizim hazır reseptimiz yox idi" deyirsiniz. Bəs hansı reseptləriniz vat idi? Təssəvür edirsinizmi, həkim xəstəyə diaqnoz qoyur, amma "hazır resept" yazmır?

Demokratiya çərçivəsinə eyni zamanda aşkarlığı da soxuşdurdunuz. Siz sosializm tarixinin ən faciəli günlərindən çıxa bilmişdiniz. Ali təhsil alıb, vəzifə pillələrində uca kürsülərə də adlamağı bacarmışdınız. Sizin tədbiq etdiyiniz aşkarlıq, quruluşun iç üzünü açmaqla, onu beynəlxaq aləmdə nüfuzdan salmağa xidmət edirdi.

Nəhayət sizin SSRİ-ni vahid dövlət kimi saxlamaq cəhdləriniz. 1991-ci ilin mart ayında keçirdiyiniz ümumxalq referendumun nəticələri xalqların vahid dövlətdə "yaşamaq istəkləri". O dövlətin Cinayət
Məcəlləsinəədə dövlətin ərazilərinə qəsd- qanunvericiliyə görə ağır cinayət sayılırdı. Lakin Konstitusiya ilə qarantı olduğunuz qanunların qorunması faktını, SSRİ-nin prezidenti kimi saya salmadınız. Belovej razılaşmasından sonra ABŞ prezidentini məlumatlandıranlar heç sizi saya da salmadılar.

SSRİ prezidenti postunu tərk etməklə, düşünürdünüz ki, intriqanların qəbul etdiyi qərarlara etraz edəcək xalq, sizə qarşı məhəbbətini bildirəcək və yenidən yolunuza davam edəcəksiniz.

Tarix böhran vəziyyətində ölkəsini bataqlıqdan çıxarmağı bacaran ölkə başçıları ilə yanaşı, böhran vəziyyətində qaçıb kolluqda gizlənən dövlət başçıları ilə yadda qalır. Siz özünüzü hansı kotiqoriyda görürsünüz? Böyük bir dövlətin başçısı idiniz. Dövləti saxlamaq üçün bütün imkanlarınız var idi. Lakin siz ölkəni atdınız. Sizin prezidnt səlahiyyətlərini buraxdınızla bağlı bəyanatınız, daha çox küsəyən uşağı xatırladırdı. O vaxt heç fikirləşirdinizmi, rəhbərlik etdiyiniz xalqları dilənçi vəziyyətinə salmaqla, onları uğursuz siyasətiniz nəticəsində baş alıb gedən cinayətkarlıqla, bəzi respublikalarda isə milli münaqişələrlə üz-üzə qoyub gedirsiniz? Amma Yelsinlə özünüz üçün gələcəkdə cangüdənlərlə təmin olunmaqla, müvafiq şəraitin saxlanması üçün dövlət təminatı verilməsi barədə alver etməyi də unutmadınız.

Sizin "bəhrəli" memuarlarınızbarədə çox yazmaq olar. Lakin lüzum görmürəm. Yəqin ki, gələcəkdə yeni memurlar yazmağı davam edəcəksiniz. Maraqlıdı, heç olmasa günahlarınız barədə etiraflarınızıda yazacaqsınızmı?

Sergey Zotov
Newsru.com.
20.04.2020-ci il


Ruscadan tərcümə:
Rüstəm HACIYEV