adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
23 Iyun 2020 11:54
15662
MƏMLƏKƏT
A- A+

Rasim Muzaffarli kimdir - Abbasqulu NƏCƏFZADƏ yazır

Rasim Muzaffarli kimdir və ya onu necə təqdim etmək daha doğru olar? Dilimizdə adın qarşısında işlədilən ən gözəl sözlər onun şəxsiyyətinə uyğun gəlir:

- dilini, tarixini və mədəniyyətini mükəmməl bilən, qoruyan və daim təbliğ edən vətənpərvər azərbaycanlı, nəslinin layiqli davamçısı, sədaqətli övlad, etibarlı dost, qayğıkeş valideyn,
- müdrik filosof və cəmiyyətşünas alim, ictimai elmlər sahəsində dövrünün ən gənc fəlsəfə doktoru və dosenti,
- yorulmaz iş adamı, Azərbaycanda ilk özəl şirkət və özəl bank təsisçilərindən biri,
- naşir, "Quran nəşrləri”, "1001 kitab” və digər nəşriyyatların qurucusu və rəhbəri,
- şair və poetik tərcüməçi, yazıçı, qısa esse, gülməcə və aforizmlərin müəllifi, ssenarist,
- media təşkilatçısı, müxtəlif kanallarda teleaparıcı,
- bəstəkar, Azərbaycan dilində rokn-roll, texno-rok, rep və digər populyar musiqi janrlarında ilk mahnıların müəllifi,
- multi-instrumentalçı, aranjimançı, "OZAN” muğam-rok qrupunun yaradıcısı və rəhbəri,
- milli azadlıq hərəkatının fəallarından biri, Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş ilk qeyri-formal təşkilat olan "Cəngi” İctimai Birliyinin qurucusu və rəhbəri,
- müxtəlif beynəlxalq mukafatların sahibi, onların bəzisini alan ilk azərbaycanlı və sairə və sairə...

Dedim: "Bəlkə, yığasan köhnə "Ozan”çıları?
Qoy yayılsın cahana yenə xoş sədaları...”
Rasim səmaya baxdı nə isə düşünərək,
Gözləri dolsa belə, yenə gülümsünərək,
Lap Üzeyir bəy kimi bığının ucun eşdi,
Kədərlə, təəssüflə dedi: "Dünənki keçdi!”

Rasim müəllim, 62 yaşın mübarək olsun!

Abbasqulu NƏCƏFZADƏ
sənətşünaslıq elmləri doktoru, professor,
"Ozan" muğam-rok qrupunun üzvü


"RASİM MÜZƏFFƏRLİ HAQQINDA TƏƏSSÜRATLAR" məqaləsindən (Xızı rayonu, Altıağac kəndi, 21.06.2020)