adalet.az header logo
  • Bakı 21°C
23 Iyun 2020 10:57
37704
ŞOU-BİZNES
A- A+

Yeni bir qalmaqalın addım səsləri - Şəbnəm Damladan danışdı

Tanınmış müğənni Şəbnəm Tovuzlunu həmkarı müğənni Damla bərk əsəbləşdirib. Beləki. Damla verilişlərin birində sənət yoldaşları ilə efirlərə birgə qatılmayacağını bildirib. Onun isə bu iddiası bir çox həmkarlarının, eləcə də Şəbnəm Tovuzlunun boğazından keçməyib. Olaydan sonra bir-birinə "can deyib, can eşidən” ikili arasında qalmaqal yaşanıb.

Adalet.az xəbər verir ki, Şəbnəm Tovuzlu ATVkanalında yayımlanan "Ən yaxşısı” axşam şousunda qonaq olarkən Damlaya etirazını bildirib:"On ildir ki, oxuyuram. Beş ildir ki, səhnədəyəm, sima olaraq tanınıram. Gündəmdəyəm, mahnılarım "trend”dədir, hara gedirəmsə, yaxşı qarşılanıram, anşlaqla keçən konsertlərim olur. Efirlərin birində həmkarım Damlaya aparıcı söylədi ki, verilişə səninlə birgə Şəbnəmi də çağırmaq istəyirəm. O isə cavab olaraq "hə” deyib. Mən də "hə” demişəm. Burada nə var ki?Biz sənət yoldaşıyıq.

Xalq artisti Gülyanaq Məmmədova ilə eyni səhnəni bölüşən ifaçıyam. Gülyanağın teli qədər Damla və mən nəyisə bacarırıqmı? Gülyanağın teli biləni biz bilmirik. Gülyanaqla yan-yana durub, "Şahnaz” təsnifini duet şəklində ifa etmişik. Hara qədər desə, onun göstərişi ilə oxuya bilirəm. Buna mənim yetərincə bacarığım və qabiliyyətim var. Bunu nəinki Gülyanaq, Təyyar Bayramov və Qəzənfər Abdullayev də bilir”.


Sənətçi "Damlanın sənətdə özünəməxsus səs tərzi və yolu var” sözlərinə etiraz edib:

"Damla, XumarQədimova, Könül Kərimova eləcə də mən eyni janrda ifa edirik. Eyni yolumuz var. Amma Aygün Kazımova və Röya Ayxanın öz janrları var. Onlarla bizi müqayisə etmək doğru olmaz.

Nə Damla, nə də ki mən və ya sadaladığım digər eyni janrda ifa edən sənətçilər artıq deyillər. Hamımız eyni səviyyədəyik. Klipə xərclənən məbləğ belə eynidir. Onlar da çəkdikləri kliplərin rənglənməsini Türkiyəyə göndərirlər, mən də. Aranjemana 3000 manat sən də verirsən, mən də. Hətta artıq vermişəm, əskik verməmişəm. Eyni butiklərdən geyimlərimizi alırıq, eyni makiyaj ustaları bizi vizaj edir. Burada ayrı nə var ki!?”

Damlanın Şəbnəmin etirazına nə cavab verəcəyini isə yaxın zamanda birlikdə şahid olacağıq.

Əntiqə rəşid