adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
22 Iyun 2020 23:15
15488
HADİSƏ
A- A+

Yaşadığı binanın girişində Stalinin portretini asmaq istədi, öldü

Moskvada yaşadığı binanın girişində İosif Stalinin portretini asmaq istəyən şəxs həyatını itirib.

Trend-in məlumatına görə, 64 yaşlı kişi nərdivanda olarkən müvazinətini itirib və yerə yıxılıb.

Başından ağır zədələr alan şəxs xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.