adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
22 Iyun 2020 22:39
14563
DÜNYA
A- A+

Çavuşoğludan mesaj: Haftar şansını itirdi

Liviya məsələsinin həll ilə bağlı danışıqlarda Xəlifə Haftar yer almayacaq.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Almaniya mətbuatına açıqlamasında deyib.

"Haftar şansını itirib. Artıq onun üçün gecdir. Angela Merkelin də Haftarın Berlindəki hərəkətlərindən necə məyus olduğunu şəxsən gördüm.

O, Moskvada bizim atəşkəslə bağlı səylərimizdən fürsət kimi istifadə etmədi. Hücumu seçdi və ölkəyə rəhbərlik etmək istədiyini açıqladı. İndi isə küncə sıxılıb və atəşkəslə maraqlanır”, - Çavuşoğlu bildirib.