adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
22 Iyun 2020 21:44
18776
SİYASƏT
A- A+

Ermənistanda Konstitusiyaya dəyişikliklər birinci oxunuşda qəbul edildi

Ermənistan parlamenti Konstitusiyaya dəyişikliklər barədə qanun layihəsini birinci oxunuşda qəbul edib.

Modern.azerməni KİV-lərinə istinadən məlumatına görə, dəyişikliklərin lehinə 89 deputat səs verib.

Qeyd edək ki, Konstitusiya dəyişikliklərinə əsasən, Konstitusiya Məhkəməsində 12 ildən çox işləmiş hakimlər azad edilir. Digər hakimlər isə 12 illik müddəti başa çatdıqdan sonra azad ediləcək.

Konstitusiya dəyişiklikləri üçün əvvəlcə referendum nəzərdə tutulsa da, koronavirus pandmeiyası ilə əlaqədar bunun parlament daxilində həyata keçirilməsi qərarı verilib.

Layihənin növəti oxunuşlarda müzakirələri davam edəcək.