adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Iyun 2020 21:18
46797
KRİMİNAL
A- A+

Oğuzda kütləvi dava: 16 yaşlı yeniyetmə bıçaqlandı

Oğuz rayonunda dava zamanı 16 yaşlı yeniyetmə bıçaqlanıb.

Adalet.az zxəbər verir ki, iyunun 22-də axşam saatlarında Oğuz şəhəri ərazisində beş nəfər arasında kütləvi dava olub.

Dava iştirakçılarından biri -Oğuz rayon sakini 2004-cü il təvəllüdlü Murad İmran oğlu Qədirli bıçaq xəsarətləri alıb.

Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı yeniyetmənin bədəninin müxtəlif nahiyələrində deşilmiş-kəsilmiş bıçaq xəsarətləri aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.(Report)