adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
22 Iyun 2020 17:56
17246
DÜNYA
A- A+

Dünyada turizmə 195 milyard dollar ziyan dəyib

2020-ci ilin ilk dörd ayı ərzində dünyada turizm gəlirləri ötən ilin əvvəli ilə müqayisədə 195 milyard dollar azalıb.

Adalet.az-ın məlumatına görə, bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatının hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, yanvar-aprel aylarında digər ölkələrə səyahət edən turistlərin sayı 97 faiz azalıb.

Təşkilatın proqnozlarına əsasən, 2020-ci il ərzində turistlərin sayı 850 milyon – 1,1 milyard nəfər, turizm gəlirləri isə 910 milyard – 1,2 trilyon dollar azala bilər.

Qeyd edək ki, 2019-cu ildə digər ölkələrə səfər edən turistlərin sayı 1,5 milyard nəfərə çatmışdı. Bu, 2018-ci illə müqayisədə 4 faiz çox idi.