adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 Iyun 2020 16:03
42663
HÜQUQ
A- A+

4 rayona yeni prokuror təyin edildi

Prokurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Bu barədə Adalet.az-a Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlərlə Ramazan Hadıyev Beyləqan, Rauf Gözəlov Qazax, Nazim Babayev Qəbələ, Behruz İbrahimov isə Yardımlı rayonunun prokuroru vəzifələrinə təyin ediliblər.

Kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə formalaşdırılması istiqamətində islahatlar davam etdiriləcəkdir.