adalet.az header logo
  • Bakı 18°C
22 Iyun 2020 15:53
98763
ŞOU-BİZNES
A- A+

Müğənni Mina:” Qardaşlarım Britni Spirsin konsertlərini göndərib deyirlər ki, səni belə görmək istəyirik”

Tez-tez açıq-saçıq fotoları ilə gündəmə gələn müğənni Mina Hüseyn maraqlı açıqlama verib.

Adalet.az xəbər verir ki, ARB TV-nin "Ona qalsa” verilişinin növbəti qonağı olan ifaçı ailə üzvlərinin hər zaman onu dəstəklədiyini bildirib: "Hamı qəşəng olmağımdan və geyimlərimdən danışır(gülür). Yeddi il sənətimə fasilə verdim. Bu müddət ərzində musiqi ilə deyil, aktrisalıqla məşğul oldum. Türkiyədə"Son məktub” adlı bədii filmə çəkildim”.

Qalmaqallı açıqlamaları və açıq-saçıq fotosessiyaları ilə diqqətləri üzərinə cəmləyən müğənni qardaşlarının ona dəstək olduqlarını bildirib:

"İki qardaşım var. Onlar Maykl Ceksonun mahnılarını çox sevirlər. Qardaşlarım mənə hər zaman dəstək olublar. Britni Spirsin konsertlərini göndərərək, deyirlər ki, səni belə görmək istəyirik.

Qardaşlarım Avropada Oksford Universitetində təhsil alıblar. Hazırda onlar Bakıdadırlar. Kiçik bizneslə məşğul olurlar”.

Əntiqə Rəşid