adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
23 Iyun 2020 09:40
12323
GÜNDƏM
A- A+

Etibar Əliyev: FƏXRİMİZSİNİZ...

"Bütün Türk, Fransız, Rus klassiklərini oxumuşam. Hər il ədəbiyyatda Nobel qazanan yazarların kitablarını oxuyurdım." AZİZ SANCAR

Kimya üzrə Nobel mükafatı laureatı Aziz Sancar: "Bir elm adamı üçün Nobel alma mərasiminin ən önəmli hissəsi Nobel dərsi verməkdir. Yəni Nobelə layiq olduğunu göstərmək üçün Nobel dərsi verməli və çıxış etməlisən. 20 gün bu dərs üçün hazırlaşdım. Çox həyəcanlı və stressli idim. Bütün türk dünyasını təmsil edirdim və içimdə türk dünyasını pis vəziyyətdə qoymaq qorxusu var idi. Allah güc verdi, yaxşı çıxış etdim. Həyatımda ən xoşbəxt olduğum an idi. Çünki o zaman məni yetişdirən anaya, ataya və türk dünyasına borcumu ödədiyimi hiss etdim və xoşbəxt oldum."


Əziz Sancar ona yeni növ koronavirus mövzusunda çox sayda suallar göndərildiyini, ancaq Türkiyədə Covid-19 haqqında biliklərə malik mütəxəssislərin televiziyalar vasitəsilə xalqı maarifləndirdiyini bildirib, bu mövzunun ONUN ixtisas sahəsi olmadığını ifadə edib.

"Türkiyəmiz çox fəlakətlərin öhdəsindən gəlib. Bu bəladan da ən az insan itkisi ilə qurtulacağımıza inanıram. Allah gözəl ölkəmizi qorusun"