adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
22 Iyun 2020 12:15
14491
DÜNYA
A- A+

Çernobılda yenidən meşə yanğınları başladı

Ukraynada Çernobıl ərazisində yenidən meşə yanğını başlayıb.

Adalet.az-ın məlumatına görə, yanğın İlyintsı kəndi yaxınlığında qeydə alınıb.

Hazırda yanğın 3 hektar ərazidə davam edir.

Qeyd edək ki, Çernobılda aprel ayında güclü meşə yanğınları baş vermişdi. Yanğını tamamilə may ayının ortalarınadək söndürmək mümkün olmuşdu. Hadisə 20 min hektar ərazini əhatə etmişdi.