adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
22 Iyun 2020 10:24
63441
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: HƏR AN

Hər an gözüm saatda
Telefondadı diqqətim...
Mənə səni həyatda -
Töhfə edib Xilqətim!..

Dilim, dinim və sevgim
Əks olub varlığında...
Günəşsən ürəyimə -
Həyatın darlığında...

Ruhum Haqq divanında,
Yaxam yar əlindədi...
Yaşayıram qanında -
Adım da dilindədi!

Hər an -sənsən, Sən - hər an!
Tamlanıram! - anımla...
Günü mənimlə keçir -
Sabahını ... anımla!..