adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Iyun 2020 09:52
35386
DÜNYA
A- A+

Çində ənənəvi it əti festivalı başladı- Vəhşiliyin görüntüsü

Bu gün-22 iyun da Çinin cənubunda yerləşən Yulin şəhərində ənənəvi it əti festivalı keçirilir. Yulinlilər ilin ən uzun gününü qeyd etmək üçün it əti yedikləri bu festival Çinin özündə də çoxlu müzakirələrə səbəb olub.

Adalet.az xəbər verir ki, Çində hər il təxminən 10-20 milyon it öldürülür. Yay gün dönümünü qeyd etmək üçün, Yulin şəhərində keçirilən İt Əti Festivalında hər il təxminən 10 min it kəsilir. İt ətlərinin sırf bu şəkildə daha ləzzətli olduğuna inanan pekinlilər itləri döymək, yandırmaq və başqa acı verici üsullarla öldürürlər və onların ətindən yemək hazırlayıb yeyirlər.

Daha çox Çinin cənubunda, isti yaz günlərində yeyilən it ətinin bədən üçün yaxşı təsir edəcəyinə inanırlar.


Deyilənə görə, ötən illərdə Tianjindən olan bir yaşlı məktəb müəllimi onlarla itin həyatını xilas etmək üçün onları aldığı ücün xəbər başlıqlarına düşüb.

Festival, son illərdə heyvan haqları müdafiəçilərinin sosial mediada etdikləri paylaşımlar və online imzatoplama kampaniyalarında tənqid edilir. Yerli aktivistlər itlərin satıldığı mağazalarda və heyvanların kəsim məntəqələri qarşısında etiraz aksiyaları keçirirlər. Etirazlara baxmayaraq yulinlilər öz festivallarını hər il təmtəraqla keçirirlər.

Əntiqə Rəşid