adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
22 Iyun 2020 09:29
14478
DÜNYA
A- A+

İraqın şimalında terrorçularla toqquşmada türk hərbçisi ölüb

İraqın şimalındakı "Pəncə-Pələng" əməliyyatının keçirildiyi ərazidə terrorçularla toqquşma zamanı türk əsgəri ölüb.

Adalet.az-ın məlumatına görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi bildirib.

Məlumata görə, Pəncə-Pələng əməliyyatı bölgəsində PKK terrorçularıyla toqquşma nəticəsində yaralanan əsgərlərdən biri tibbi müdaxilələrə baxmayaraq ölüb.

Açıqlamada toqquşma zamanı iki terrorçunun silahları ilə birlikdə zərərsizləşdirildiyi də qeyd edilib.

Qeyd edək ki, "Pəncə-Pələng" əməliyyatı Türkiyənin təhlükəsizliyini təhdid edən PKK və digər terror qruplaşmalarının üzvlərinin neytrallaşdırılması məqsədi ilə keçirilir.

Xatırladaq ki, daha əvvəl Türkiyə İraqın şimalında "Pəncə-Qartal" əməliyyatı keçirib, əməliyyat zamanı PKK terror ruplaşmasının 81 obyekti məhv edilib.