adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 Iyun 2020 23:00
14547
SAĞLAMLIQ
A- A+

Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 18-nə olan statistik göstəriciləri açıqlayıb.

Adalet.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 100 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 403 499 test aparılıb. Aktiv xəstə sayı 4 998 nəfərdir, onlardan 157 nəfər reanimasiyadadır, 30 nəfər isə süni tənəffüs aparatına qoşulub.