adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
21 Iyun 2020 17:31
12302
HADİSƏ
A- A+

Bakıda taxta məmulatlarının emalı sexində baş verən yanğın söndürülüb

Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində taxta məmulatlarının emalı sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən saat 16:32-də söndürülüb.

Adalet.az bu barədə Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir.

XXX

17:12

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində taxta məmulatlarının emalı sexində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Adalet.az-a evrilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.