adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
21 Iyun 2020 02:12
20948
MƏMLƏKƏT
A- A+

Bakıdan rayonlara üz tutanlar yenidən torpaq yola çıxmaq istədilər, cəzalananlar var - FOTO

Axşam saatlarından rayonlara üz tutanların sayı çox olduğundan qurulan polis postlarında sıxlıq yaşanıb.

APA-nın məlumatına görə, həmin sıxlıqda qalan sürücülərin bəziləri qoyulan məhdudiyyətlərə baxmayaraq, torpaq yola üz tutub.

Torpaq yolda müvafiq qurumlar tərəfindən qabaqlayıcı tədbir olaraq qazılan quyular sürücü və sərnişinlər tərəfindən doldurulub. Lakin onlar torpaq yolla magistral yolun birləşməsində polis əməkdaşları tərəfindən saxlanılıb.

Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti şöbəsi rəisi polis polkovniki Sadin ƏsgərovAPA-nın hadisə yerində olan müxbirinə bildirib ki, gün ərzində postda karantin rejimi qaydalarını pozan torpaq yollardan istifadə edən 200-ə yaxın sürücü cərimələnib.

Qeyd edək ki, paytaxtdan çıxaraq rayonlara doğru hərəkətdə olan Bakı, Sumqayıt və Abşeron sakinləri geri qaytarılıb və onlar məsuliyyətə cəlb olunub.

Təxminən 8 saat postda sıxlıq yaranıb.