adalet.az header logo
  • Bakı 20°C
21 Iyun 2020 00:19
38050
ŞOU-BİZNES
A- A+

Xalq artisti: “Bəhram yüksək səslə danışdığı üçün səs tellərini zədələmişdi” - VİDEO

"Bəhramla əlaqə yaratmağa çalışdım, amma ondan cavab gəlmədi. Nigaran qaldım.Sonra "Instagram”da baxıb bildim ki, xoşagəlməz hadisə ilə üzləşib. Bəhramın səhhəti ilə bağlı xəbər almaq üçün dostum Cabir İmanovla danışdım. Biz bilirdik ki, onun səsində problem var idi. O, səhnədəyüksək səslə danışdığı üçün səs tellərini zədələmişdi.Amma Bəhramın bu dərəcədə xəstələnəcəyi ağlımıza gəlməzdi”.

Oxu.Azxəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "Xəzər” televiziyasında yayımlanan "X Maqazin” proqramına verdiyi müsahibəsində deyib.

Əməkdar artist B. Bağırzadənin insanlara müsbət enerji bəxş etdiyini söyləyən sənətçi onunla sosial şəbəkədə hər gün ünsiyyət qurduğunu vurğulayıb:

"Bəhram hər zaman qarşısındakı şəxslərisevindirən, təbəssüm bəxş edən insandır. O, hər gün "What’sApp”ıma üç-dörd gülüş doğuran videolar, yazılar yollayırdı. Amma birdən-birə xəstələnməsi bizi çox sarsıtdı.

Bəhram heç zaman xəstəliyini mənlə bölüşməyib. Əsl sənət insanları heç zaman boş şeylər üzərində piar qurmurlar. Onlar insanlara yalnız müsbət əhval-ruhiyyə bəxş edib və sevincini bölüşmək istəyirlər. Kədərlərini isə təklikdə yaşayırlar. Lakin zaman göstərir ki, bu düzgün addım deyil. Şəxsənmən görürəm ki, insanlarla sevincini bölüşdüyün kimi kədərini də bölüşməlisən”.