adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
21 Iyun 2020 00:09
16134
DÜNYA
A- A+

Türkiyədə son sutkada koronavirusdan 1 312 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində daha 22 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Adalet.az-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 927 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 248 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 186 493 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 312 nəfər olmaqla 158 828 nəfər təşkil edir.

Son sutka ərzində koronavirusla bağlı 41 112 test aparılıb.