adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
20 Iyun 2020 23:29
17996
İDMAN
A- A+

Qurban Qurbanov rekordunu yenilədi

Azərbaycan Premyer Liqasının 2019/20 mövsümünün mükafatçı baş məşqçilərindən ikisi əvvəllər də bu postda medal qazanıb.

Adalet.az PFL-in saytına istinadən xəbər verir ki, "Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov 7-ci çempionluğunu və 11-ci mükafatını qazanmaqla hər iki göstəricidəki rekordunu yeniləyib.

"Keşlə” ilə bürünc medal əldə edən Tərlan Əhmədov iki il öncə "Neftçi”də eyni uğura imza atıb. Bu, onun ikinci bürüncü olub.

"Neftçi”nin "sükanı arxası”nda gümüşə yiyələnən Füzuli Məmmədov ilk dəfə "üçlüy”ə düşüb. O, bunu bacaran 38-ci mütəxəssisdir. Məmmədova qədər 37 baş məşqçi komandası ilə medala yiyələnib.