adalet.az header logo
  • Bakı 17°C
20 Iyun 2020 22:31
19380
DÜNYA
A- A+

Hindistan Çinlə sərhədə qırıcılarını yığır

Hindistan Şərqi Ladakx bölgəsində yerləşdirdiyi "Apaçi” vertolyotları və qırıcılarının sayını artırıb.

Axar.azxəbər verir ki, bu məlumatı "Tayms of İndia” qəzeti yayıb. Bildirilib ki, Hindistan bu addımı Çinlə baş verən toqquşmadan sonra müdafiə qabiliyyətini gücləndirmək üçün atıb.

Bölgəyə yerləşdirilən helikopterlərin hava-torpaq raketləri ilə təchiz edildiyi vurğulanıb. Dehlinin bölgəyə göndərdiyi təyyarələr arasında Su-30 MKİ, MiQ-29 və "Yaquar"lar yer alıb.

Bundan başqa Hindistan Benqal körfəzi akvatoriyasında da hərbi gəmilərinin sayını artırıb.

Qeyd edək ki, bundan öncə Hindistanla Çin hərbçiləri arasında toqquşma yaşanıb.