adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
20 Iyun 2020 22:00
16257
İDMAN
A- A+

Qapısından 10 top buraxan qolkiper “oyunun ən yaxşısı” seçildi

Rusiya Premyer Liqası çərçivəsində dünən keçirilmiş "Soçi” – "Rostov” oyununda qapısından 10 top buraxan 17 yaşlı qapıçı Denis Popov qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

Oxu.Azxəbər verir ki, "Rostov”un qapıçısı həmçinin liqa tarixində bir oyunda ən çox "seyv” edən qapıçı olub.

Qapısına 41 zərbə vurulan qolkiper bunlardan 14-nün qarşısını almağı bacarıb. O, həmçinin 11 metrlik cərimə zərbəsini dəf edib.

Qeyd edək ki, "Rostov” klubunun altı futbolçusunda koronavirus aşkarlandığı üçün komanda "Soçi” səfərinə orta yaşı 17 olan futbolçuları ilə çıxıb. Komandanın heyətində ən yaşlı oyunçunun 19 yaşı olub. Qarşılaşma meydan sahiblərinin 10:1 hesablı qələbəsi ilə başa çatıb.