adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
20 Iyun 2020 20:44
52800
MARAQLI
A- A+

60 min arını saatlarla başında saxladı - FOTO

Hindistanda arıçılıqla məşğul olan Natur M.S. 60 min arını başına yığıb.

"HaberGlobal” məlumat verir ki, 24 yaşlı gənc 4 saat 10 dəqiqə arıları başında saxlayaraq "Ginnesin Rekordları” kitabına düşüb.

O, yeddi yaşından arıların başına toplaşmasına icazə verib. Dediyinə görə, arılar ona təhlükə yaratmır vəən yaxın dostlarıdır.

Bir neçə dəfə arıların sancmasına məruz qaldığını deyən Natur bunun arıların deyil, onun öz səhvi ucbatından baş verdiyini bildirib.

Hazırda o, arıçılıqla bağlı təhsil alır.